Yuxarı

Gürcüstan müxalifəti hökumətin təsdiq olunmasında iştirak etməyəcək

​Gürcüstan müxalifəti hökumətin təsdiq olunmasında iştirak etməyəcək

Gürcüstan parlamentində yeni hökumətə etimad məsələsinin müzakirə olunduğu iclasda gərginlik yaranıb.

“Report”un yerli bürosu xəbər verir ki, Vahid Milli Hərəkat Partiyasının (VMHP) liderlərindən biri Nika Melia hökuməti sərt tənqid edib.

Onun çıxışı hakim Gürcü Arzusu Partiyasının deputatlarının narazılığına səbəb olub.

N.Melianın çıxışı başa çatdıqdan sonra VMHP fraksiyası yeni hökumətin tərkibinə etiraz əlaməti olaraq iclas zalını tərk edib.

Öncə müxalif Avropalı Gürcüstan Partiyasından olan deputatlar da parlamentin bugünkü iclasını boykot edib.

Qanunverici orqanın plenar iclası müxalifət nümayəndələrinin iştirakı olmadan davam etdirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi