Gürcüstan Müsəlmanlar İttifaqı ölkənin Dini İşlər üzrə Dövlət Agentliyinin ləğvini tələb edir

Gürcüstan Müsəlmanlar İttifaqı ölkənin Dini İşlər üzrə Dövlət Agentliyinin ləğvini tələb edir Tariel Nakaidze: “Ölkədəki müsəlman icmasının vəziyyəti acınacaqlıdır”
Region
12 Dekabr , 2016 16:16
Gürcüstan Müsəlmanlar İttifaqı ölkənin Dini İşlər üzrə Dövlət Agentliyinin ləğvini tələb edir

Bakı. 12 dekabr. REPORT.AZ/ Gürcüstan Müsəlmanlar İttifaqı ölkənin Dini İşlər üzrə Dövlət Agentliyinin ləğvini tələb edir.

“Report” Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bunu ittifaqın sədri Tariel Nakaidze bildirib.

Onun sözlərinə görə, agentlik dini azlıqların inkişafına mane olur. 

İttifaq sədri deyib ki, ölkədəki müsəlman icmasının vəziyyəti acınacaqlıdır: "Biz özümüzü ikinci növ vətəndaşlar kimi hiss edirik. Bunun səbəbkarı Dini İşlər üzrə Dövlət Agentliyidir. Bu qurum bizə çox ciddi problemlər yaradır. Əslində isə agentlik dini qurumlarla, icmalarla dövlət arasında əlaqələndirici olmalıdır. Ancaq agentlik yeri gəldi-gəlmədi bizim işlərə müdaxilə edir, bizi daimi nəzarətdə saxlamağa çalışır. Bu isə dövlətimiz üçün ciddi problemdir”.

Son xəbərlər

Orphus sistemi