Gürcüstan Müdafiə Nazirliyinin 2 mindən çox əməkdaşı işdən çıxarılıb

Gürcüstan Müdafiə Nazirliyinin 2 mindən çox əməkdaşı işdən çıxarılıb Nazirlikdə aparılan islahat nəticəsində 11,8 milyon dollar məbləğində maliyyə vəsaitinə qənaət edilib
Region
30 Yanvar , 2017 16:53
Gürcüstan Müdafiə Nazirliyinin 2 mindən çox əməkdaşı işdən çıxarılıb

Bakı. 30 yanvar. REPORT.AZ/ Gürcüstan Müdafiə Nazirliyindən 2 250 nəfər işdən azad edilib.

“Report” Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bu, nazirliyin kadrların optimallaşdırılması və yenidən təşkilatlanması tədbirləri çərçivəsində həyata keçirilir.

Məlumata görə, belə bir tədbirin keçiriləcəy ilə bağlı müdafiə naziri Levan İzoriya ötən ilin noyabrında bildirib. Nazirlikdə islahatlar ötən il dekabrın 19-dan başlayıb.

Xəbərdə bildirilib ki, yenidən təşkilatlanma çərçivəsində 400 ştatdankənar, 1 350 ştatlı əməkdaş işdən azad edilib. Bundan başqa, 217 zabit, 123 çavuş vəzifəsindən kənarlaşdırılıb. Eyni zamanda, 217 zabitin 209-u öz istəyi ilə işdən çıxarılıb.

Ümumilikdə nazirlikdə aparılan islahat nəticəsində 11,8 milyon dollar məbləğində maliyyə vəsaitinə qənaət edilib. 

Son xəbərlər

Orphus sistemi