Gürcüstan MSK-ya prezident seçkiləri ilə bağlı 261 şikayət daxil olub

Gürcüstan MSK-ya prezident seçkiləri ilə bağlı 261 şikayət daxil olub Tbilisi. 28 noyabr. REPORT.AZ/ Gürcüstanda bu gün baş tutmuş prezident seçkilərinin ikinci turu ilə bağlı dairə seçki komissiyalarına 261 şikayət daxil olub.
Region
28 Noyabr , 2018 22:52
Gürcüstan MSK-ya prezident seçkiləri ilə bağlı 261 şikayət daxil olub

Tbilisi. 28 noyabr. REPORT.AZ/ Gürcüstanda bu gün baş tutmuş prezident seçkilərinin ikinci turu ilə bağlı dairə seçki komissiyalarına 261 şikayət daxil olub.

“Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasından (MSK) bildirilib.

Şikayətləri səsvermə prosesini izləmiş yerli müşahidəçi təşkilatlar və seçki subyektləri təqdim edib.

Gürcüstan MSK bütün şikayətlərə qanunla müəyyən olunmuş qaydalar və prosedur çərçivəsində baxacaq. 

Son xəbərlər

Orphus sistemi