Gürcüstan MSK: Heç bir kiber insident qeydə alınmayıb

Gürcüstan MSK: Heç bir kiber insident qeydə alınmayıb Gürcüstanın Mərkəzi Seçki Komissiyası (MSK) seçicilərin şəxsi məlumatlarının hakerlərin əlinə keçməsi barədə yayılan məlumatları təkzib edib.
Region
30 Mart , 2020 16:42
Gürcüstan MSK: Heç bir kiber insident qeydə alınmayıb

Gürcüstanın Mərkəzi Seçki Komissiyası (MSK) seçicilərin şəxsi məlumatlarının hakerlərin əlinə keçməsi barədə yayılan məlumatları təkzib edib. 

“Report”un yerli bürosu xəbər verir ki, qurumdan dərc olunan məlumatların rəsmi məlumatlardan köklü şəkildə fərqləndiyi bildirilib.

Qeyd olunub ki, komissiyanın rəsmi saytlarında heç bir kiber insident qeydə alınmayıb: “MSK-nın rəsmi bazasında 3,5 milyon nəfər seçici var. Bazaya seçicilərin telefon nömrələri, həmçinin vəfat edən vətəndaşlar barədə də məlumatlar daxil edilməyib”.

Qeyd edək ki, zdnet.com saytı Gürcüstanın 4,9 milyondan çox seçicisinin şəxsi məlumatlarının haker forumunda yerləşdirilməsi barədə informasiya yayıb.

Son xəbərlər

Orphus sistemi