Gürcüstanın Mərkəzi Seçki Komissiyası bələdiyyə seçkilərinə təqribən 40 milyon lari xərcləyəcək

Gürcüstanın Mərkəzi Seçki Komissiyası bələdiyyə seçkilərinə təqribən 40 milyon lari xərcləyəcək Dövlət büdcəsindən MSK-ya 3901899 GEL ayrılıb
Region
22 Yanvar , 2017 21:32
Gürcüstanın Mərkəzi Seçki Komissiyası bələdiyyə seçkilərinə təqribən 40 milyon lari xərcləyəcək

Tbilisi. 22 yanvar. REPORT.AZ/ Gürcüstanın Mərkəzi Seçki Komissiyası (MSK) 2017-ci ildə keçiriləcək bələdiyyə seçkilərinin təşkilinə və keçirilməsinə təqribən 40 milyon GEL (təqribən 15,3 milyon dollar) xərcləyəcək.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə “Qanunvericilik xəbərləri” toplusunda məlumat verilib. 

Məlumatda deyilir ki, dövlət büdcəsindən MSK-ya 39018990 GEL ayrılıb. Sənəddə vəsaitin xərclər smetası da göstərilib.

Bu məbləğin 28 milyon 120 min GEL-i (10,8 milyon dollardan çox) seçkilərin təşkilinə, 1 milyon 30 mini (396 min dollar) seçki komissiyalarının əməkdaşlarının treninqlərinə, 2 milyon 242 mini (862 min dollardan çox) seçici subyektlərinin telekanallarda reklamına, 7 milyon 619 mini (2,9 milyon dollar) seçici subyektlərinin maliyyələşməsinə xərclənəcək.

Gürcüstanda bələdiyyə seçkiləri bu ilin payızında keçiriləcək.

Qeyd edək ki, Gürcüstan MSK 2016-cı il parlament seçkilərinə ümumilikdə 44 192 957 min lari (təqribən 18,7 milyon dollar) xərcləmişdi. Bu vəsaitin 38 136 239 lari, (təxminən 16,2 milyon dollar) parlament seçkilərinin birinci turunda xərclənmişdi. MSK seçkilərin ikinci turunu təşkil etmək üçün hökumətdən əlavə olaraq 6 056 718 GEL (təxminən 2,5 milyon dollar) almışdı. 

Son xəbərlər

Orphus sistemi