Yuxarı
    Bağlamaq

    Gürcüstan Milli Təhlükəsizlik Şurasına yeni katib təyin edilib

    MTŞ-nin keçmiş katibi İrina İmerlişvili Gürcüstan Konstitusiya Məhkəməsinin hakimi olub

    Bakı. 24 oktyabr. REPORT.AZ/ Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili reinteqrasiya məsələləri üzrə keçmiş dövlət nazirinin müavini David Rakviaşvilini Milli Təhlükəsizlik Şurasının katibi təyin edib.

    "Report" "Sputnik-Gürcüstan"a istinadən xəbər verir ki, MTŞ-nin katibi vəzifəsi keçmiş katib İrina İmerlişvilinin Gürcüstan Konstitusiya Məhkəməsinin hakimi olmasından sonra boşalıb.

    "Rakviaşvilinin böyük təcrübəsi var, o, reinteqrasiya məsələləri üzrə dövlət nazirinin müavini kimi çalışıb, Cenevrə danışıqlarında, insidentlərin qarşısının alınması mexanizmində (IPRM) iştirak edib. Buradan irəli gələrək demək olar ki, onun həm ABŞ, həm də Rusiya ilə münasibətlərdə ciddi təcrübəsi var" - G.Marqvelaşvili bildirib.

    Prezident həmçinin D.Rakviaşvilinin dövrünün ən görkəmli alpinistlərindən biri olduğunu qeyd edib.

    Ümumiyyətlə, Gürcüstan Təhlükəsizlik Şurası ölkənin ali baş komandanı olan prezidentin məşvərətçi orqanıdır. Şura Gürcüstanın milli hərbi strategiyası və müdafiə sisteminin təşkili ilə məşğul olur. Təhlükəsizlik Şurası həmçinin ölkədə müharibə və ya fövqəladə vəziyyət elan etmək səlahiyyətinə malikdir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi