Gürcüstan Milli Bankı son iki ayda uçot dərəcəsini üçüncü dəfə artırıb

Gürcüstan Milli Bankı son iki ayda uçot dərəcəsini üçüncü dəfə artırıb Gürcüstan Milli Bankı uçot dərəcəsini 1% artıraraq 8,5%-ə çatdırıb.
Region
23 Oktyabr , 2019 14:36
Gürcüstan Milli Bankı son iki ayda uçot dərəcəsini üçüncü dəfə artırıb

Gürcüstan Milli Bankı uçot dərəcəsini 1% artıraraq 8,5%-ə çatdırıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə bankın Monetar siyasət departamenti qərar qəbul edib.

Bu ilin sentyabrından etibarən Milli Bank inflyasiyanın təsirinin neytrallaşdırılması üzrə siyasətini sərtləşdirməyə başlayıb. Sərtləşdirmə mübadilə məzənnəsinə təsirlər aradan qaldırılana qədər davam etdiriləcək.

Bank cari iqtisadi və maliyyə bazarlarında prosesləri müşahidə etməyi davam etdirəcək və qiymətlərin sabitliyini təmin etmək üçün bütün mümkün alətlərdən istifadə edəcək.

Monetar siyasət departamentinin növbəti toplantısı dekabrın 11-də keçiriləcək.

Qeyd edək ki, qonşu ölkənin Milli Bankı uçot dərəcəsini sentyabrın 4-də 0,5% artıraraq 7%-ə, sentyabrın 25-də isə yenidən 0,5% artıraraq 7,5%-ə çatdırıb.

Son xəbərlər

Orphus sistemi