Yuxarı

​Gürcüstan prezidenti Saakaşvilini "dövlət maraqlarına xələl gətirməməyə" çağırıb

Söhbət eks-prezidentin Suriyadakı döyüşlərdə gürcülərin iştirak etməsi ilə bağlı bəyanatından gedir

Bakı. 14 yanvar. REPORT.AZ/ Gürcüstan prezidenti Georgi Marqvelaşvili xələfi Mixail Saakaşvilini "dövlət maraqlarına xələl gətirməməyə" çağırıb.

"Report" xəbər verir ki, söhbət eks-prezidentin Suriyada gedən hərbi əməliyyatlarda gürcülərin iştirak etməsi ilə bağlı bəyanatından gedir.

Saakaşvili bildirmişdi ki, bu gün Suriyada radikalların tərəfində yüzlərlə gürcü döyüşür.

"Bir çox gürcü əsgəri Mərkəzi Afrika və Əfqanıstanda qəhrəmancasına missiyalarda xidmət edir. Bu xidmət bizim üçün əvəzsizdir. Bununla yanaşı sabiq prezidentdən təhlükəsizlik baxımından Gürcüstan üçün strateji mühüm olan mövzular ətrafında siyasi oyunlarına son qoymasını xahiş etmək istəyirəm. Çünki bu bizim ölkə üçün çox vacibdir. Onun Gürcüstanın stabilliyi və dövlət maraqlarına xələl gətirmədən diqqət yetirə biləcəyi bir çox başqa mövzular var", - deyə Marqvelaşvili qeyd edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi