Gürcüstan limanlarında “bir pəncərə” prinsipi tətbiq olunacaq

Gürcüstan limanlarında “bir pəncərə” prinsipi tətbiq olunacaq 2019-2020-ci illərdə Gürcüstanın tranzit potensialının inkişafı məqsədilə ölkənin limanlarında “bir pəncərə” prinsipinin tətbiqinə başlanılacaq.
Region
13 Noyabr , 2019 15:50
Gürcüstan limanlarında “bir pəncərə” prinsipi tətbiq olunacaq

2019-2020-ci illərdə Gürcüstanın tranzit potensialının inkişafı məqsədilə ölkənin limanlarında “bir pəncərə” prinsipinin tətbiqinə başlanılacaq.

“Report”un yerli bürosu xəbər verir ki, Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyində layihənin təqdimatı keçirilib.

Layihəyə əsasən, Gürcüstan limanlarında rəqəmsal hökumət xidmətləri təqdim olunacaq, gəmilər bürokratik baryerlər və lazımsız sənədlərdən azad olunacaqlar.

İqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava bildirib ki, layihə limanlarda yük dövriyyəsini artıracaq, həmçinin limanlara yük qrafiklərini kateqoriya və həcmə görə öncədən planlaşdırmağa imkan verəcək.

Təqdimat mərasimində bildirilib ki, layihənin ilk mərhələsini ABŞ-ın Gürcüstandakı səfirliyi maliyyələşdirəcək. Birinci mərhələdə bütün dəniz limanlarının inventarizasiyası və mövcud bürokratik baryerlərin təhlili, ikinci mərhələdə isə proqram təminatının hazırlanması və işə salınması nəzərdə tutulub.

Tədbirdə ABŞ-ın Gürcüstandakı səfiri səlahiyyətlərini icra edən Elizabet Rud, gəmiçilik, ekspeditor şirkətlərinin nümayəndələri və limanların rəhbər şəxsləri iştirak ediblər.  

Son xəbərlər

Orphus sistemi