Gürcüstan hökumətinin iki naziri istefa verib

Gürcüstan hökumətinin iki naziri istefa verib Alasaniya bildirib ki, özünün həbs olunmasını istisna etmir
Region
5 Noyabr , 2014 11:48

Bakı. 5 noyabr. REPORT.AZ/ Gürcüstanın baş naziri İrakli Qaribaşvili müdafiə naziri İrakli Alasaniyanın istefası haqqında məlumat verib. 

"Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, Gürcüstanın Avropa və Avroatlantik strukturlarına inteqrasiya məsələləri üzrə naziri də  istefa haqqında ərizə yazıb.

Qeyd edək ki, son günlər Gürcüstan Prokurorluğu Müdafiə Nazirliyinin üç əməkdaşı barəsində cinayət işinin açılması haqqında məlumat verib.

İ.Alasaniya bildirib ki, özünün həbs olunmasını istisna etmir və baş nazir İ.Qaribaşvilinin işinə qarşı narazılığını bildirib. 

Son xəbərlər

Orphus sistemi