Gürcüstan hökumətinə iyulun 15-dək məhdudiyyətlər tətbiq etmək səlahiyyəti verildi

Gürcüstan hökumətinə iyulun 15-dək məhdudiyyətlər tətbiq etmək səlahiyyəti verildi Gürcüstan parlamenti üçüncü oxunuşda “İctimai sağlamlıq” haqqında qanuna düzəlişlər layihəsini təsdiqləyib.
Region
22 May , 2020 19:04
Gürcüstan hökumətinə iyulun 15-dək məhdudiyyətlər tətbiq etmək səlahiyyəti verildi

Gürcüstan parlamenti üçüncü oxunuşda “İctimai sağlamlıq” haqqında qanuna düzəlişlər layihəsini təsdiqləyib.

“Report”un yerli bürosu xəbər verir ki, sənədi 81 deputat dəstəkləyib.

Layihəyə əsasən, hökumətə koronavirusun yayılmasının qarşısının alınması üçün ölkədə fövqəladə vəziyyət elan etmədən müəyyən məhdudiyyətlər tətbiq etmək səlahiyyəti verilib.

Hökumət iyulun 15-dək hərəkət, iqtisadi fəaliyyət, əmlak, toplaşma, əmək və digər hüquqların məhdudlaşdırılması ilə bağlı tədbirləri həyata keçirə biləcək.

Qeyd edək ki, qonşu ölkədə fövqəladə vəziyyət rejiminin müddəti mayın 23-də başa çatır. 

Son xəbərlər

Orphus sistemi