Gürcüstan hökuməti Sergey Lavrovu Tbilisiyə buraxacaq?

Gürcüstan hökuməti Sergey Lavrovu Tbilisiyə buraxacaq? “Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Gürcüstana səfəri ilə bağlı qərar öllə qanunvericiliyinə uyğun olaraq qəbul olunacaq”.
Region
29 Yanvar , 2020 17:41
Gürcüstan hökuməti Sergey Lavrovu Tbilisiyə buraxacaq?
Giorgi Qaxaria

“Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Gürcüstana səfəri ilə bağlı qərar öllə qanunvericiliyinə uyğun olaraq qəbul olunacaq”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri Giorgi Qaxaria jurnalistlərə açıqlamasında bildirib.

Baş nazir deyib ki, heç kəs Gürcüstan qanunvericiliyinə etinasız yanaşa bilməz: “Gürcüstan Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edir və Rusiyanın da şuranın üzvü olması faktdır. Gürcüstan beynəlxalq öhdəliklərini yerinə yetirəcək. Biz tərəfdaşlarımızla da bu məsələni müzakirə edəcəyik və lazım gələrsə, digər çıxış yolu axtaracağıq”.

Qeyd edək ki, bu ilin mayında Tbilisidə Avropa Şurası Nazirlər Komitəsinin toplantısı keçiriləcək. Rusiyadan olacaq nümayəndə heyətinə xarici işlər naziri Sergey Lavrovun başçılıq edəcəyi gözlənilir. S.Lavrov Gürcüstanın “İşğal altında olan ərazilər” haqqında qanunu dəfələrlə pozub. 

Son xəbərlər

Orphus sistemi