Yuxarı

Gürcüstan hökuməti müxalifətin növbədənkənar parlament seçkiləri tələbinə münasibət bildirib

Gürcüstan hökuməti müxalifətin növbədənkənar parlament seçkiləri tələbinə münasibət bildirib

Tbilisi. 3 dekabr. REPORT.AZ/ “Gürcüstanda növbəti parlament seçkiləri ölkə konstitusiyası ilə nəzərdə tutulduğu kimi 2020-ci ilin oktyabrında keçiriləcək”.

“Report”un yerli bürosunun verdiyi xəbərə görə, bu barədə Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze birləşmiş müxalifətin növbədənkənar parlament seçkiləri ilə bağlı tələbinə cavab olaraq bildirib.

O, müxalifətin ötən gün keçirdiyi aksiyanı komik və qeyri-ciddi adlandırıb. Parlament sədrinin sözlərinə görə, Vahid Milli Hərəkat Partiyasının ölkədə hər hansı bir qeyri-sabitlik yaratmağa resursu yoxdur.

Qeyd edək ki, dünən Tbilisidə parlamentin binası qarşısında prezident seçkilərinin nəticələrini tanımayan müxalif “Güc birlikdədir” koalisiyası növbədənkənar parlament seçkiləri tələbi ilə kütləvi aksiya keçirib. Müxalifət hökumətə dekabrın 16-na qədər vaxt verib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi