Gürcüstan hökuməti koronavirusla mübarizə üzrə fəaliyyət planı qəbul edib

Gürcüstan hökuməti koronavirusla mübarizə üzrə fəaliyyət planı qəbul edib Gürcüstan hökuməti koronavirusun ölkə ərazisində mümkün yayılmasının qarşısının alınması məqsədilə fəaliyyət planı qəbul edərək təsdiqləyib.
Region
29 Yanvar , 2020 15:01
Gürcüstan hökuməti koronavirusla mübarizə üzrə fəaliyyət planı qəbul edib

Gürcüstan hökuməti koronavirusun ölkə ərazisində mümkün yayılmasının qarşısının alınması məqsədilə fəaliyyət planı qəbul edərək təsdiqləyib.

“Report”un yerli bürosu xəbər verir ki, Gürcüstanın hər bir dövlət qurumuna səlahiyyətləri çərçivəsində müvafiq tədbirlər həyata keçirmək tapşırılıb.

Gürcüstanın Maliyyə Nazirliyinə tədbirlərin həyata keçirilməsi üçün maliyyə resurslarının ayrılmasına göstəriş verilib. Ehtiyac yaranacağı təqdirdə Gürcüstan hökumətinin ehtiyat fondundan da maliyyə vəsaiti ayrılacaq.

Fəaliyyət planında koronavirusun mümkün yayılmasına qarşı qabaqlayıcı tədbirlər, həmçinin virusun aşkar olunacağı təqdirdə tələb olunacaq addımlar da yer alıb. 

Son xəbərlər

Orphus sistemi