Gürcüstan hakimiyyəti 5,3 trilyon kubmetr həcmində qaz ehtiyatı haqqında məlumatları təsdiq etməyib

Gürcüstan hakimiyyəti 5,3 trilyon kubmetr həcmində qaz ehtiyatı haqqında məlumatları təsdiq etməyib Dövlət Neft və Qaz Agentliyinin rəhbəri: "Frontera Resources" Gürcüstana onun ərazisində bu həcmdə qaz ehtiyatı aşkarlanması barədə məlumat verməyib"
Region
4 Fevral , 2016 12:14
Gürcüstan hakimiyyəti 5,3 trilyon kubmetr həcmində qaz ehtiyatı haqqında məlumatları təsdiq etməyib

Bakı. 4 fevral. REPORT.AZ/ "ABŞ neft-qaz şirkəti "Frontera Resources" Gürcüstana onun ərazisində 5,3 trilyon kubmetr həcmində qaz ehtiyatı aşkarlanması barədə məlumat verməyib".

"Report" Gürcüstan KİV-inə əsasən xəbər verir ki, bunu Gürcüstanın Dövlət Neft və Qaz Agentliyinin rəhbəri Georgi Tatişvili deyib.

"Frontera Resources" şirkətinin yaydığı bəyanatda Gürcüstanda bir neçə trilyon kubmetr həcmində qaz resurs kimi göstərilib. Resurs isə ehtiyat deyil. Resursun ehtiyat kateqoriyasına keçməsi üçün - bu isə yataqdan hasil oluna biləcək həcm deməkdir - çox böyük işlər görmək lazımdır", - deyə Tatişvili bildirib.

Onun sözlərinə görə, "Frontera Resources" şirkətinin Gürcüstana təqdim etdiyi planlarda bu cür resursların ehtiyata keçirilməsi ilə bağlı işlər yoxdur.

Qeyd edək ki, daha əvvəl "Frontera Resources" şirkəti cari işlər zamanı Kaxetiya regionunda 5,3 trilyon kubmetr həcmində qaz resursu aşkarladığını bəyan edib.

Son xəbərlər

Orphus sistemi