Yuxarı

​Gürcüstan gömrükçüləri İrana məxsus yük maşınından 178 kq heroin aşkarlayıb

Hadisə ilə bağlı əlavə məlumat yayılmayıb

Bakı. 13 iyun. REPORT.AZ/ Gürcüstan gömrükçüləri İrandan gələn yük maşınından 178 kiloqram heroin aşkar ediblər.

"Report" xəbər verir ki, bu barədə "Rustavi-2" telekanalı məlumat yayıb.

İnformasiyaya əsasən, avtomobil İrandan Azərbaycana, buradan Gürcüstan və Ukraynadan keçərək Hollandiyaya gedəcəkmiş.

Hadisə ilə bağlı əlavə məlumat yayılmayıb. Gürcüstan Daxili İşlər Nazirliyi cinayət işini araşdırır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi