​Gürcüstan əcnəbilər üçün işə qəbul qaydalarını dəqiqləşdirib

​Gürcüstan əcnəbilər üçün işə qəbul qaydalarını dəqiqləşdirib Gürcüstanda yalnız ölkədə leqal olan əcnəbilər işləyə bilər
Region
15 Avqust , 2015 07:04
​Gürcüstan əcnəbilər üçün işə qəbul qaydalarını dəqiqləşdirib

Bakı. 15 Avqust. REPORT.AZ/ Gürcüstanın Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliyinin 14 avqust tarixli qərarı ilə Gürcüstanda yalnız ölkədə leqal olan əcnəbilər işləyə bilər.

"Report" xəbər verir ki, bu barədə Gürcüstanın qanunvericilik xəbərləri saytında dərc olunan qərarda bildirilir.

"Gürcüstan ərazisində qanuni olan mühacirlərin işə düzəlmək və ödənişli əmək fəaliyyəti həyata keçirmək hüququ var", — deyə qərarda qeyd olunur.

İşə götürən əcnəbi vətəndaşla müqavilə qüvvəyə mindikdən sonra 30 gün ərzində Səhiyyə Nazirliyinin Sosial Xidmət Agentliyinə əcnəbinin işə qəbulu barədə haqqında məlumat və peşəsi göstərilməklə bildiriş ünvanlamalıdır.

Noyabrın 1-dən etibarən Gürcüstanda "əmək miqrantı" termini tətbiq ediləcək. Bu, ölkədə işləyən əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərdir.

Qanuna görə işə götürən işçi ilə mütləq qaydada müqavilə imzalamalıdır. Bununla yanaşı əcnəbi vətəndaş Gürcüstanın Əmək Məcəlləsinə əsasən, bütün imtiyazlardan yararlanacaq.

Əmək müqaviləsi başa çatdıqdan sonra "əmək miqrantı" əgər onun ölkədə olması üçün digər əsaslar mövcud deyilsə, o, Gürcüstan ərazisini tərk etməldir.

Gürcüstan ərazisində qanuni olan əcnəbi ölkəyə sərhəd keçid məntəqəsi vasitəsi ilə bütün qaydalara riayət edərək gəlmiş və Gürcüstan qanunvericiliyi ilə müəyyən edilmiş ölkədə qalma müddəti başa çatmayan digər ölkə vətəndaşıdır.

Son xəbərlər

Orphus sistemi