Gürcüstan düzgün istiqamətdə inkişaf etmir - SORĞU

Gürcüstan düzgün istiqamətdə inkişaf etmir - SORĞU Gürcüstanda rəyi soruşulanların 49%-i ölkənin düzgün istiqamətdə inkişaf etmədiyini düşünür.
Region
17 Sentyabr , 2019 10:37
Gürcüstan düzgün istiqamətdə inkişaf etmir - SORĞU

Gürcüstanda rəyi soruşulanların 49%-i ölkənin düzgün istiqamətdə inkişaf etmədiyini düşünür.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu, ABŞ-ın Milli Demokratiya İnstitutunun (NDI) Gürcüstanda keçirdiyi ictimai rəy sorğusu nəticəsində məlum olub. 

Respondentlərin 30%-i Gürcüstanın dəyişmədiyini, 18%-i isə ölkənin düzgün istiqamətdə inkişaf etdiyini bildirib.

Qonşu ölkənin yanlış istiqamətdə inkişaf etdiyini hesab edənlərin göstəricisi son 10 ildə ən yüksək həddə çatıb. 

Sorğu işğal altında olan ərazilər istisna olmaqla bütün Gürcüstan üzrə bu il iyulun 13-dən 29-dək 2 131 respondent arasında şəxsi müsahibə yolu ilə aparılıb.

Son xəbərlər

Orphus sistemi