Gürcüstan dövlət sərhədində nəzarəti sərtləşdirib

Gürcüstan dövlət sərhədində nəzarəti sərtləşdirib Bu tədbir noyabrın 13-də Parisdə baş vermiş terror hücumları ilə bağlıdır
Region
24 Noyabr , 2015 15:53
Gürcüstan dövlət sərhədində nəzarəti sərtləşdirib

Bakı. 24 noyabr. REPORT.AZ/ Gürcüstanın daxili işlər naziri Georgi Mqebrişvilinin təlimatına əsasən, ölkənin dövlət sərhədindəki bütün nəzarət-keçid məntəqələrində viza nəzarəti sərtləşdirilib.

"Report" "Qruziya Onlayn"a istinadən xəbər verir ki, bu tədbir noyabrın 13-də Parisdə baş vermiş terror hücumları ilə bağlıdır.

Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, patrul polisinin əməkdaşları sərhədi keçmək istəyənlərlə ətraflı söhbət aparır və onların səfərinin əsl səbəblərini öyrənməyə çalışır. Gürcüstandan istifadə edərək qanunsuz şəkildə başqa ölkələrə keçməsin deyə tranzit sərnişinlərin axınına xüsusi diqqət ayrılır. 

Son xəbərlər

Orphus sistemi