Yuxarı

Gürcüstan dövlət naziri Marneulidəki Azərbaycan məktəbində olub

Ketevan Tsixelaşvili: Məktəbdə sinif otaqlarının az olması nəzərə alınacaq və yeniləri tikiləcək

Marneuli. 15 sentyabr. REPORT.AZ/ Gürcüstanın barış və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvili sentyabrın 15-də Kvemo-Kartli bölgəsinin Marneuli rayonunun Qasımlı kəndindəki Qasımlı İctimai Məktəbində olub.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, nazir yeni dərs ilinin başlanması münasibətilə şagirdləri, müəllim və valideynləri təbrik edib, şagirdlərə təhsildə uğurlar arzulayıb.

Məlumata görə, məktəb 350 şagird yerlikdir. Onların təlim-tərbiyəsi ilə 50 müəllim məşğul olur. Məktəbdə 14 sinif otağı var. Sinif otaqları azlıq təşkil etdiyindən şagirdlər iki növbədə təhsil alacaqlar. Şagirdlər arasında azərbaycanlılarla yanaşı, gürcülər və digər millətlərin nümayəndələri də var. Onlar Azərbaycan dili ilə yanaşı, gürcü dilini də dərindən öyrənirlər. Müəllimlər arasında da gürcü müəllimlər var.

Nazir Ketevan Tsixelaşvili vurğulayıb ki, məktəbdə sinif otaqlarının az olması nəzərə alınacaq və yeniləri tikiləcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi