Gürcüstan dəmiryolçuları kütləvi tətilə hazırlaşır

Gürcüstan dəmiryolçuları kütləvi tətilə hazırlaşır Gürcüstanda dəmir yolu işçiləri əməkhaqlarının 50% artırılması tələbi ilə kütləvi tətil elan etməyə hazırlaşırlar.
Region
4 Avqust , 2019 14:53
Gürcüstan dəmiryolçuları kütləvi tətilə hazırlaşır

Gürcüstanda dəmir yolu işçiləri əməkhaqlarının 50% artırılması tələbi ilə kütləvi tətil elan etməyə hazırlaşırlar.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə “Rustavi 2” televiziya kanalı məlumat yayıb.

Dəmir Yolu Həmkarlar İttifaqının üzvü Tenqo Dvalişvili bildirib ki, Gürcüstanda sosial durum ağırlaşır və dəmir yolu işçilərinin maaşları ilkin tələbat ərzaq məhsullarına belə kifayət etmir. O, ölkədə dəmiryolçuların maaşlarının 2012-ci ildən etibarən artırılmadığını deyib.

T.Dvalişvili qeyd edib ki, bu günə qədər 4800 dəmir yolu işçisi əməkhaqlarının artırılması ilə bağlı petisiyanı imzalayıb.

“Gürcüstan dəmir yolları” SC-nin rəhbərliyi dəmiryolçularla danışıqlar aparmaqdan imtina edib.

Dəmiryolçuların kütləvi tətili avqustun 10-da planlaşdırılacaq. Tətil keçirilsə, bu, həm ölkədaxili, həm də beynəlxalq yük və sərnişin daşımalarının dayanmasına gətirib çıxara bilər.

Son xəbərlər

Orphus sistemi