“Gürcüstan Dəmir Yolları”nın iki əməkdaşı rüşvət üstündə saxlanılıb

“Gürcüstan Dəmir Yolları”nın iki əməkdaşı rüşvət üstündə saxlanılıb “Gürcüstan Dəmir Yolları” SC-nin iki əməkdaşı kommersiya rüşvəti ittihamı ilə saxlanılıblar.
Region
19 Aprel , 2019 10:22
“Gürcüstan Dəmir Yolları”nın iki əməkdaşı rüşvət üstündə saxlanılıb

“Gürcüstan Dəmir Yolları” SC-nin iki əməkdaşı kommersiya rüşvəti ittihamı ilə saxlanılıblar.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq Xidməti məlumat yayıb.

İstintaqla müəyyən olunub ki, subpodratçı şirkətə nəzarətin həvalə olunduğu saxlanılan şəxslər qanunsuz gəlir əldə etmək məqsədilə şirkətin direktorundan görülümş işin müqabilində “otkat” tələb ediblər. Onlar şirkət rəhbərindən 2 440 lari (906 dollar) alıblar.

Faktla bağlı istintaq aparılır. Saxlanılan şəxsləri günahları sübuta yetiriləcəyi təqdirdə 4 ildən 6 ilədək həbs cəzası gözləyir. 

Son xəbərlər

Orphus sistemi