Gürcüstan prezidenti: “Beynəlxalq hüquqa hörmətlə bölgədə sabitliyi möhkəmləndirmək mümkündür”

Gürcüstan prezidenti: “Beynəlxalq hüquqa hörmətlə bölgədə sabitliyi möhkəmləndirmək mümkündür” “Gürcüstan çox da sakit olmayan bölgədə sabit ölkədir”.
Region
12 İyul , 2019 23:37
Gürcüstan prezidenti: “Beynəlxalq hüquqa hörmətlə bölgədə sabitliyi möhkəmləndirmək mümkündür”

“Gürcüstan çox da sakit olmayan bölgədə sabit ölkədir”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan prezidenti Salome Zurabişvili “Deutsche Welle” nəşrinə müsahibəsində bildirib.

O, bölgədə çox sayda qeyri-sabitlik ocaqlarının olduğunu deyib: “Lakin heç nəyə baxmayaraq, biz sabitliyi qoruyub saxlamağa nail olmuşuq. Bizim böyük qonşularımız buna böyük hörmətlə yanaşmalıdırlar. Bu siqnalı bizim avropalı tərəfdaşlarımız regional məsələləri müzakirə edərkən Rusiyaya çatdırmalıdırlar”.

S.Zurabişvilinin sözlərinə görə, Rusiya qonşuları ilə münasibətlərini qarşılıqlı sayğı və beynəlxalq hüquqa hörmət prinsipləri əsasında qurmalıdır: “Yalnız bu yolla bölgədə sabitliyi möhkəmləndirmək mümkündür”.

Dövlət başçısı Gürcüstan-Rusiya münasibətlərində son zamanlar yaranan gərginliyə də münasibət bildirib: “Deeskalasiya ilə bağlı çağırışlar səslənib və biz deeskalasiyaya doğru gedirik. Bizi iqtisadi baxımdan çətin dövr gözləyir, belə ki, vəziyyət Gürcüstana təsir göstərəcək”.

Son xəbərlər

Orphus sistemi