Gürcüstan azərbaycanlılarının 60%-i özünü ölkə cəmiyyətinin tamhüquqlu üzvü hesab etmir

Gürcüstan azərbaycanlılarının 60%-i özünü ölkə cəmiyyətinin tamhüquqlu üzvü hesab etmir Gürcüstanda yaşayan azərbaycanlıların yalnız 41,5%-i özünü ölkə cəmiyyətinin tamhüquqlu üzvü hesab edir.
Region
17 May , 2019 17:25
Gürcüstan azərbaycanlılarının 60%-i özünü ölkə cəmiyyətinin tamhüquqlu üzvü hesab etmir

Gürcüstanda yaşayan azərbaycanlıların yalnız 41,5%-i özünü ölkə cəmiyyətinin tamhüquqlu üzvü hesab edir.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Açıq Cəmiyyət Fondu və Sosial Araşdırmalar və Təhlil İnstitutunun (ISSA) bu gün təqdim etdikləri araşdırmada bildirilib.

Nəticəyə əsasən, azərbaycanlıların 58,5%-i özünün Gürcüstan cəmiyyətinin tamhüquqlu üzvü olmadığını düşünür.

Gürcüstanda milli azlıqları ən çox narahat edən problemlər işsizlik (67,4%) və yoxsulluqdur (52,5%). Azərbaycanlıları bu problemlərlə yanaşı narahat edən digər məsələlərə dövlət dili üzrə biliklərin az olması (43,5%), səhiyyənin əlçatanlığı (18,8%) və torpaq sahələrinin qanuniləşdirilməsi (16,7%) daxildir.

Yerli azərbaycanlıların 35,2%-i Gürcüstanda baş verən proseslər barədə ölkənin milli televiziya kanalları, 26,9%-i isə qeyri-rəsmi mənbələrdən əldə edir. Onların 6,8%-i informasiyalarla Azərbaycan, 29,1%-i isə gürcü dilində tanış olur.

Gürcüstan azərbaycanlıları arasında gürcü dili biliyi üzrə indeks 25 mümkün xaldan 9,6 xal təşkil edib.

Araşdırmada, ümumilikdə, 1314 respondent iştirak edib ki, onların da 267-si yerli azərbaycanlı olub.

Təqdimat mərasimində Gürcüstanda fəaliyyət göstərən beynəlxalq təşkilatlar və milli azlıqların təmsil olunduğu QHT-lərin nümayəndələri iştirak ediblər. 

Son xəbərlər

Orphus sistemi