Yuxarı

Gürcüstan azərbaycanlıları Qurban bayramını qeyd edirlər

Gürcüstan azərbaycanlıları Qurban bayramını qeyd edirlər

Gürcüstanda yaşayan azərbaycanlılar müqəddəs Qurban bayramını qeyd edirlər.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, Tbilisi Cümə məscidində bayram namazı qılınıb.

Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) sədri, şeyx Hacı Ramin İgidov Qurban bayramı münasibətilə müsəlmanları təbrik edib. O, inanclıların dua, ibadət və qurbanlarının qəbul olunmasını diləyib.

GMİ sədri Qurban bayramının mahiyyəti və fəlsəfəsi barədə də danışıb.

İranın Gürcüstandakı səfiri Seyid Cavad Şəhristan, Tbilisidə olan müsəlman turistlər də bayram namazında iştirak ediblər.

Tbilisidə və azərbaycanlıların yığcam yaşadığı Marneuli rayonunun məscidlərində də bayram namazları qılınıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi