Gürcüstan-Azərbaycan sərhədində gürcü sərhədçinin meyiti tapılıb

Gürcüstan-Azərbaycan sərhədində gürcü sərhədçinin meyiti tapılıb Onun üzərində odlu silah yarası olub
Region
21 Aprel , 2018 00:56
Gürcüstan-Azərbaycan sərhədində gürcü sərhədçinin meyiti tapılıb

Bakı. 21 aprel. REPORT.AZ/ Gürcüstan Daxili İşlər Nazirliyinin sərhəd polisinin əməkdaşı Gürcüstan-Azərbaycan sərhədində yerləşən postda ölü vəziyyətdə tapılıb.

"Report" "Sputnik"ə istinadən xəbər verir ki, bu barədə "Imedi" telekanalı məlumat yayıb.

Üzərində odlu silah yarası olan meyit Laqodexi rayonu ərazisində aşkar edilib.

İlkin məlumatlara görə, sərhədçi intihar edib. Hadisə yerinə kriminalist-ekspertlər cəlb olunub.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 115-ci maddəsi üzrə (Özünü öldürmə həddinə çatdırma) araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi