Gürcüstan avtomobil istehsalını bərpa etməyi planlaşdırır

Gürcüstan avtomobil istehsalını bərpa etməyi planlaşdırır Hələlik ərazi və sahənin seçilməsi prosesi aparılır
Region
13 Dekabr , 2014 11:41
Gürcüstan avtomobil istehsalını bərpa etməyi planlaşdırır

Bakı. 13 dekabr. REPORT.AZ/ "Hazırda biz avtomobil istehsal etmirik, lakin artıq bir neçə xarici şirkət Gürcüstanda avtomobil istehsalı ilə məşğul olmaq istədiklərini bildiriblər". "Report" "Qruziya-Online"a istinadən xəbər verir ki, bu barədə ölkənin iqtisadiyyat nazirinin müavini Natiya Mikeladze bildirib. 

Onun sözlərinə görə, bu mərhələdə gürcü tərəfi həmin şirkətlərin təkliflərini nəzərdən keçirir. 

"Biz artıq iki ildir ki, bunun üzərində işləyirik, artıq Hollandiya və İsveç şirkətlərinin nümayəndələri bizimlə əməkdaşlıq etmək istədiklərini bildiriblər. Hələlik ərazi və sahənin seçilməsi prosesi aparılır, çünki həmin zavodlar böyük ərazidə yerləşməlidirlər. Biz istehsal etdiyimiz avtomobillərə müəyyən kvotalar verməliyik və beynəlxalq standartlar tərəfindən qəbul olunmalıyıq. Bu yaxınlarda özümüzün istehsal etdiyimiz nəqliyyatımız olacaq", - nazir müavini qeyd edib. 

Bir müddət əvvəl Gürcüstan KİV-i xəbər yayıb ki, Tbilisidə avtobusların istehsalı üzrə zavodun tikintisi nəzərdə tutulub. 

Son xəbərlər

Orphus sistemi