Gürcüstan Avropa Şurasına sədrliyi dövründə işğal altında olan ərazilərin azad edilməsi məsələsini qaldıracaq

Gürcüstan Avropa Şurasına sədrliyi dövründə işğal altında olan ərazilərin azad edilməsi məsələsini qaldıracaq Bu ilin noyabrından etibarən Gürcüstan Avropa Şurasına sədrlik edəcək.
Region
26 Mart , 2019 19:59
Gürcüstan Avropa Şurasına sədrliyi dövründə işğal altında olan ərazilərin azad edilməsi məsələsini qaldıracaq

Bu ilin noyabrından etibarən Gürcüstan Avropa Şurasına sədrlik edəcək.

"Report"un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin vitse-spikeri Tamar Çuqoşvili jurnalistlərə bildirib.

Onun sözlərinə görə, bu il Gürcüstanın Avropa Şurasına tamhüquqlu üzvlüyünün 20 ili tamam olur: "Bu, bizim üçün önəmli tarixdir. Avropa Şurasına 48 üzv dövlət daxildir və sədrlik rotasiya qaydasında təqdim olunur. Gürcüstanın beynəlxalq təşkilata rəhbərliyi noyabrdan etibarən başlayacaq və biz bu şansdan ölkənin maraqları üçün istifadə edəcəyik".

T.Çuqoşvili bildirib ki, Gürcüstan Avropa Şurasına sədrliyi dövründə işğal altında olan ərazilərin azad edilməsi istiqamətində fəaliyyətini gücləndirəcək: "Bizim üçün əsas problem ərazi bütövlüyüdür. Bununla yanaşı, prioritetimiz Avropa ölkələrini Gürcüstanın nailiyyətləri ilə tanış etmək olacaq".

Vitse-spiker qeyd edib ki, apreldə Avropa Şurası Parlament Assambleyasının prezidenti Gürcüstana səfər edəcək.

Qeyd edək ki, ötən ilin noyabrından bu ilin may ayına qədər Avropa Şurasına Finlandiya sədrlik edir.

Son xəbərlər

Orphus sistemi