Gürcüstan Avropa Şurasına 500 min avro təqdim edib

Gürcüstan Avropa Şurasına 500 min avro təqdim edib Gürcüstan hökuməti Avropa Şurasına (AŞ) 500 min avro həcmində könüllü ödəniş təqdim edib.
Region
10 Dekabr , 2019 13:35
Gürcüstan Avropa Şurasına 500 min avro təqdim edib

Gürcüstan hökuməti Avropa Şurasına (AŞ) 500 min avro həcmində könüllü ödəniş təqdim edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazilriyi (XİN) məlumat yayıb.

Vəsait AŞ-nin layihələrinin dəstəklənməsi üçün nəzərdə tutulub.

XİN-dən bildirilib ki, bu töhfə Gürcüstanın AŞ-yə sədrliyinin prioritetlərinin dəstəklənməsinə yönəldilib.

Qeyd edək ki, qonşu ölkə bu iln noyabrın 27-dən AŞ-nin Nazirlər Komitəsinə sədrlik edir. Sədrlik 2020-ci ilin mayın 15-dək davam edəcək. Gürcüstan beynəlxalq təşkilata sədrliyi üçün insan hüquqları və ətraf mühitin mühafizəsi, qərarların qəbul olunmasında vətəndaş iştirakı, ədalət, təhsil və demokratiyanın gücləndirilməsi kimi, 4 əsas prioritet müəyyən edib.

Son xəbərlər

Orphus sistemi