Gürcüstan Aİ ilə 44 mln. avro dəyərində maliyyə müqaviləsi imzalayıb

Gürcüstan Aİ ilə 44 mln. avro dəyərində maliyyə müqaviləsi imzalayıb 2014-2017-ci illərdə Aİ Gürcüstana 410 mln. avro ayıracaq
Region
16 Yanvar , 2015 13:06
Gürcüstan Aİ ilə 44 mln. avro dəyərində maliyyə müqaviləsi imzalayıb

Bakı. 16 yanvar. REPORT.AZ/ Aİ ilə assosiasiya haqqında razılaşama çərçivəsində Gürcüstana əlavə olaraq 44 mln. avro həcmində vəsait ayrılacaq. "Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, müvafiq müqavilə Gürcüstanın baş naziri İrakli Qaribaşvili və Avropa İttifaqının qonşuluq siyasəti və genişləndirmə barədə danışıqlar üzrə komissarı Yohannes Xan arasında imzalanıb. 

Yohannes Xan ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında baş nazir İrakli Qaribaşvili bildirib ki, 2014-2017-ci illərdə  Gürcüstan 410 mln. avro dəyərində yardım alacaq. 

"Biz Avropa İttifaqına göstərdiyi yardıma görə minnətdarıq. Bu gün biz Avropa İttifaqı komissarı ilə 44 mln. avro həcmində qrantın ayrılmasına dair maliyyə müqaviləsi imzalamışıq",- baş nazir bildirib.

Onun sözlərinə görə, müqavilənin məqsədi Gürcüstana yardımın göstərilməsi, eləcə də özəl sektor, kiçik və orta sahibkarlığın inkişafıdır. 

Dünən Tbilisiyə gələn Aİ komissarı Yohannes Xan qeyd edib ki, "Gürcüstanın Aİ ilə yaxınlaşması üzrə səyləri çox dəyərlidir".

Son xəbərlər

Orphus sistemi