Gürcülərin 36%-i Azərbaycanı özlərinin əsas müttəfiqi hesab edir

Gürcülərin 36%-i Azərbaycanı özlərinin əsas müttəfiqi hesab edir Rusiya Gürcüstan üçün ən təhlükəli ölkə kimi göstərilib
Region
2 Aprel , 2015 12:09
Gürcülərin 36%-i Azərbaycanı özlərinin əsas müttəfiqi hesab edir

Bakı. 2 aprel. REPORT.AZ/ Gürcüstan əhalisinin üçdə birindən artıq hissəsi Azərbaycanı ölkələrinin əsas müttəfiqi hesab edir.

"Report" "Novosti-Qruziya"ya istinadən xəbər verir ki, bunu Gürcüstanda keçirilən sorğunun nəticələri göstərir.

Belə ki, gürcülərin 36%-i Azərbaycanı özlərinin əsas müttəfiqi hesab edir. Birinci yerdə əsas müttəfiq kimi isə ABŞ qeyd olunub (39%).

Bundan başqa, sosioloji tədqiqata əsasən, 67% gürcü Rusiyanın Gürcüstana qarşı təcavüzünün davam etdiyini hesab edir. 

76% respondent Rusiyanı Gürcüstan üçün ən təhlükəli ölkə kimi göstərib, 18%-i isə onu ən vacib tərəfdaş hesab edir.   

Son xəbərlər

Orphus sistemi