Gürcü yazıçılarının əsərləri Azərbaycan dilində nəşr olunacaq

Gürcü yazıçılarının əsərləri Azərbaycan dilində nəşr olunacaq Bu il Gürcüstanın Milli Kitab Mərkəzi “Gürcüstan ədəbiyyatı tərcümədə” proqramı çərçivəsində xarici ölkələrdə 13 beynəlxalq layihə maliyyəşdirəcək.
Region
2 Aprel , 2019 15:35
Gürcü yazıçılarının əsərləri Azərbaycan dilində nəşr olunacaq

Bu il Gürcüstanın Milli Kitab Mərkəzi “Gürcüstan ədəbiyyatı tərcümədə” proqramı çərçivəsində xarici ölkələrdə 13 beynəlxalq layihə maliyyəşdirəcək.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, Almaniya, ABŞ, Ukrayna, Polşa, Çexiya, Bolqarıstan, Türkiyə və Azərbaycanda gürcü yazıçılarının əsərləri tərcümə olunacaq.

Azərbaycanda böyük gürcü şairi Şota Rustavelinin “Pələng dərisi geyinmiş pəhləvan” və müasir yazıçı və rejissor Nana Ekvtimişvilinin “Armud ağacı çəmənliyi” əsərləri özəl nəşriyyatlarda Azərbaycan dilində çap olunacaq.

Qeyd edək ki, Gürcüstanın Milli Kitab Mərkəzi ölkənin Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərir. Dövlət büdcəsindən maliyyələşən mərkəzin əsas məqsədi Gürcüstan ədəbiyyatının ölkə xaricində təbliğ olunmasıdır. 

Son xəbərlər

Orphus sistemi