Gürcü qubernator: “Zaur Darğallı Marneuli rayonunun gələcək inkişafına töhfə verəcək”

Gürcü qubernator: “Zaur Darğallı Marneuli rayonunun gələcək inkişafına töhfə verəcək” “Zaur Darğallı Marneuli rayonunun spesifikasını yaxşı bilir”.
Region
10 İyun , 2019 17:53
Gürcü qubernator: “Zaur Darğallı Marneuli rayonunun gələcək inkişafına töhfə verəcək”

“Zaur Darğallı Marneuli rayonunun spesifikasını yaxşı bilir”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Kvemo Kartli bölgəsinin qubernatoru Şota Rexviaşvili bildirib.

O deyib ki, Z.Darğallının fəaliyyət istiqamətləri düzgün müəyyən olunub: “Əminəm ki, Zaur Darğallı Marneulinin gələcək inkişafına töhfə verəcək”.

Bu gün səlahiyyətlərinin icrasına başlayan Z.Darğallı Marneuli bələdiyyəsində ilk iclas keçirib. O, rayonda mövcud problemlər barədə ona məlumatların çatdırılması barədə göstəriş verib. 

İcra başçısı problemlərin və yerli sakinləri narahat edən məsələlərin mərhələli şəkildə həll olunacağını vəd edib. 

Son xəbərlər

Orphus sistemi