Gürcüstan ordusunun azərbaycanlı hərbçiləri sertifikatlarla təltif olunublar - FOTO

Gürcüstan ordusunun azərbaycanlı hərbçiləri sertifikatlarla təltif olunublar - FOTO Tbilisi. 8 mart. REPORT.AZ/ Gürcüstan ordusunda xidmət edən azərbaycanlı əsgərlər gürcü dili üzrə intensiv kursu başa vurublar.
Region
8 Mart , 2019 20:25
Gürcüstan ordusunun azərbaycanlı hərbçiləri sertifikatlarla təltif olunublar - FOTO
Foto: "Report"

Tbilisi. 8 mart. REPORT.AZ/ Gürcüstan ordusunda xidmət edən azərbaycanlı əsgərlər gürcü dili üzrə intensiv kursu başa vurublar.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, Vaziani hərbi bazasında kursu uğurla bitirən 14 azərbaycanlı hərbçi sertifikatlarla təltif olunub.

Sertifikatları Zurab Jvaniya adına Dövlət İdarəçilik Məktəbinin direktoru vəzifəsini icra edən Konstantine Sirbiladze təqdim edib.

O, etnik azlıqları təmsil edən hərbçilərin gürcü dilini bilməsinin əhəmiyyətindən danışıb: “Biz, milli azlıqlardan olan çağırışçıların gürcü dili üzrə biliklərini artırmağa çalışırıq ki, bu da onların hərbi tapşırıqları uğurla yerinə yetirməsinə kömək edəcək”.

Hərbçi Haqverdi Şahverdiyev kursdan razı qaldığını bildirib: “Gürcü dilini bilməyim mənə hərbçilərlə daha yaxşı ünsiyyət yaratmağıma kömək edir. Mən Gürcüstan vətəndaşıyam və dövlət dilini mütləq bilməliyəm”.

Qeyd edək ki, Gürcüstan ordusunda xidmət edən milli azlıqlardan olan hərbçilər üçün gürcü dili kursu Gürcüstanın Müdafiə Nazirliyi Təhsil, Elm, Mədəniyyətİdman Nazirliyinin dəstəyi ilə həyata keçirilir. Gürcü dilini Zurab Jvaniya adına Dövlət İdarəçilik Məktəbinin müəllimləri tədris edir.

Son xəbərlər

Orphus sistemi