Gürcü nazir: "Tbilisidəki Heydər Əliyev adına Teatrla bağlı məsələ müsbət həllini tapacaq"

Gürcü nazir: "Tbilisidəki Heydər Əliyev adına Teatrla bağlı məsələ müsbət həllini tapacaq" Teatrın yeni bina ilə təmin olunması ilə bağlı danışıqlara SOCAR da qoşulub
Region
21 Dekabr , 2017 23:48
Gürcü nazir: Tbilisidəki Heydər Əliyev adına Teatrla bağlı məsələ müsbət həllini tapacaq

Tbilisi. 21 dekabr. REPORT.AZ/ "Müəyyən səbəblərə görə Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrı üçün alternativ yer təklif olunub. Lakin həmin təklif teatr tərəfindən qəbul olunmayıb".

"Report"un Gürcüstan bürosu xəbər verir ki, bu sözləri Gürcüstanın mədəniyyət və abidələrin mühafizəsi naziri Mixail Georqadze söyləyib.

Nazir deyib ki, teatrın yeni bina ilə təmin olunması ilə bağlı müxtəlif təkliflər var. Hazırda SOCAR şirkəti də danışıqlar prosesinə qoşulub: "Ümidvarıq ki, Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrı ilə bağlı məsələ gələcəkdə müsbət həllini tapacaq".

Qeyd edək ki, deputat Savalan Mirzəyev parlamentdəki dinləmələr zamanı Gürcüstandakı Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrındakı vəziyyətlə bağlı məsələ qaldırıb, mədəniyyət nazirindən məsələyə aydınlıq gətirməyi tələb edib.

Son xəbərlər

Orphus sistemi