​Gürcü nazir "Qəbələ" - "Dinamo" oyununda baş verənlərə münasibət bildirib

​Gürcü nazir "Qəbələ" - "Dinamo" oyununda baş verənlərə münasibət bildirib Giqla Aqulaşvili: "Buradan təxribat iyi gəlir"
Region
10 İyul , 2015 14:12
​Gürcü nazir Qəbələ - Dinamo oyununda baş verənlərə münasibət bildirib

Bakı. 10 iyul. REPORT.AZ/ "Əlbəttə, xoşagəlməz hadisədir. Ən təəssüfləndiricisi isə təxribatın daha çox buradan çıxmasıdır. Bildiyimə görə, bu, Gürcüstanda baş verən ilk hadisə deyil. Ona görə də bütün sərt tədbirlər görəcək qurumlar baş verənlərə dair ölçü götürməlidir. Buradan təxiribat iyi gəlir".

"Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bunu iyulun 9-da keçirilmiş "Qəbələ" - "Dinamo" (Tbilisi) oyununda baş verən hadisəyə münasibət bildirərkən, ölkənin ətraf mühitin mühafizəsi naziri Giqla Aqulaşvili bildirib. Nazirin sözlərinə görə, bu təxribat daha uzağı hədəfləyən plandır: "Müvafiq qurumlar belə hadisələrin olmasına yol verməmək üçün təxribatçılara qarşı ciddi tədbirlər görməlidirlər".

İyulun 2-də Tbilisidə "Dinamo" - "Qəbələ" oyunu zamanı gürcü azarkeşlər stadiondan "Biz Zaqatala, Qaxı xatırlayırıq, 1921" yazılmış plakat asıb, qarşılaşmadan sonra Azərbaycanın bayrağını tapdalayıblar. Habelə "Qəbələ" Futbol Klubunun bir neçə azarkeşi döyülüb. Hadisədən sonra Gürcüstanın baş naziri İrakli Qaribaşvili günahkarların cəzalandırılacağını bildirib. Ancaq ötən bu müddət ərzində cinayəti törədənlərin tapılıb, cəzalandırılması ilə bağlı Gürcüstan tərəfdən heç bir əməli addım atılmayıb.

Qeyd edək ki, iyulun 9-da iki klub arasında Qəbələdə keçirilən cavab oyununun ilk hissəsinin sonlarına yaxın stadionda "bir qrup azarkeş gürcülərin Tbilisidə Azərbaycan bayrağına və ərazi bütövlüyünə qarşı hörmətsizlik etməsinə cavab olaraq ingilis dilində "Borçalı - Azərbaycandır!", "Marneuli yox, Sarvan" və "Qardabani yox, Qaratəpə" yazılmış pankartlar açıblar. Qısa müddətdən sonra həmin pankartlar polis əməkdaşları tərəfindən yığışdırılıb.

Son xəbərlər

Orphus sistemi