Yuxarı

​Gürcüstanın baş naziri: "Zooparkdan qaçan bütün heyvanlar tapılıb"

İrakli Qaribaşvili: Kimliyindən asılı olmayaraq, təqsirkarlar məsuliyyət daşımalıdır

Bakı. 16 iyun. REPORT.AZ/ "Tbilisi zooparkından qaçan bütün heyvanlar tapılıb və geri qaytarılıb. Onlar artıq şəhərin küçələrində yoxdur".

"Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin baş naziri İrakli Qaribaşvili bildirib.

Baş nazir deyib ki, zooparkdan verilən məlumata əsasən, müəssisədən kənarda heyvan qalmayıb.  

Xəbərə görə, hökumət başçısı daşqınların baş verməsi səbəblərini araşdırmaq məqsədi ilə İşçi Qrup yaradıb.

İ.Qaribaşvili deyib ki, baş verənlərlə bağlı araşdırmaya prokurorluq da cəlb edilə bilər: "Kimliyindən asılı olmayaraq, təqsirkarlar məsuliyyət daşımalıdır. Məqsədimiz təkcə kimisə məsuliyyətə cəlb etmək deyil, gələcəkdə belə halların baş verməməsi üçün gerçək səbəbləri müəyyənləşdirməkdir. Belə hadisələrin olmayacağına, təminat yoxdur. Ona görə də baş verənləri öyrənməli, gələcəkdə uyğun halların qarşısını almaq üçün tədbirlər görməliyik".

Qeyd edək ki, iyunun 14-də Tbilisiyə yağan güclü yağış nəticəsində şəhəri su basmış, paytaxtda yerləşən zoopark dağılmış və heyvanlar şəhərə dağılmışdı. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi