​Gümrüdəki qətllə bağlı ictimai müzakirə başlayıb

​Gümrüdəki qətllə bağlı ictimai müzakirə başlayıb Tədbirin təşkilatçısı: "Baş vermiş hadisə ilə bağlı suallarımıza cavab ala bilməmişik"
Region
14 Fevral , 2015 16:49
​Gümrüdəki qətllə bağlı ictimai müzakirə başlayıb

Bakı.14 fevral. REPORT.AZ/ Gümrüdəki ictimai fəalların təşəbbüsü ilə Avetisyan ailəsinin qətlinə dair ictimai müzakirə keçirilir.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, dinləmədə 230-dan çox adam iştirak etmək istədiyini bildirib.

"Qətldən 32 gün keçsə də hakimiyyətimiz, hüquq-mühafizə orqanlarımız məsələ haqda qaneedici informasiya verməyib. Ona görə də baş vermiş hadisə ilə bağlı suallarımıza cavab ala bilməmişik. Bu səbəbdən, biz ictimai müzakirə təşəbbüsü ilə çıxış etdik. Hazırda tədbirə İrəvan və Ermənistanın müxtəlif bölgələrindən gələn 60-a yaxın insan iştirak edir", - bunu müzakirələrin təşkilatçısı, "Asparez" Jurnalistlər klubunun rəhbəri Levon Barseqyan deyib.

Xəbərdə bildirilib ki, ictimai müzakirənin iştirakçıları gələcəkdə belə cinayətlərdən qaçmaq üçün Ermənistan hakimiyyətinə ünvanlanan təminat proqramı hazırlayacaqlar. Müzakirələrdə hüquq müdafiəçiləri və sıravi vətəndaşlar da iştirak edir.

Xatırladaq ki, bu il yanvarın 12-də Rusiyanın Gümrüdəki hərbi bazasının müddətli hərbçisi Valeri Permyakov bir ailənin 6 aylıq körpəsi və 2 yaşlı uşağı daxil olmaqla 7 nəfəri qətlə yetirib.

Son xəbərlər

Orphus sistemi