​Gümrüdəki hadisədə şübhəli bilinən Rusiya hərbçisi Ermənistana verilməyəcək

​Gümrüdəki hadisədə şübhəli bilinən Rusiya hərbçisi Ermənistana verilməyəcək RF Konstitusiyasına əsasən, bu ölkənin vətəndaşı başqa ölkəyə təhvil verilə bilməz
Region
13 Yanvar , 2015 19:36
​Gümrüdəki hadisədə şübhəli bilinən Rusiya hərbçisi Ermənistana verilməyəcək

Bakı. 13 yanvar. REPORT.AZ/ Rusiyanın Gümrüdəki 102 saylı hərbi bazasının müddətli əsgəri Valeri Permyakovun Ermənistan hüquq--mühafizə orqanlarına təhvil verilməsi məsələsi müzakirə edilmir.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğunun mətbuat xidməti açıqlama yayıb.

"Cinayətin törədilməsində şübhəli bilinən Valeri Permyakov Rusiya vətəndaşıdır və RF hüquq-mühafizə orqanlarının nəzarəti altındadır. Onun Ermənistan hüquq-mühafizə orqanlarına veriıməsi ilə bağlı məsələ müzakirə olunmur", - açıqlamada qeyd edib.

Açıqlamada həmçinin vurğulanır ki, Rusiya Konstitusiyasının uyğun maddəsinə əsasən, RF vətəndaşı başqa ölkəyə təhvil verilə bilməz.

Məlumatda bildirilib ki, istintaq işini Ermənistan və Rusiya hüquq-mühafizə orqanları aparır.

Xatırladaq ki, yanvarın 12-də Gümrüdə bir ailənin 6 üzvü avtomat silahla qətlə yetirilib. Ölənlərin arasında iki yaşlı uşaq da var. Ailənin sağ qalan altı aylıq üzvü isə yaralanıb. 

Son xəbərlər

Orphus sistemi