​Gümrüdəki hadisə ilə bağlı Ermənistan parlamenti müşavirə keçirəcək

​Gümrüdəki hadisə ilə bağlı Ermənistan parlamenti müşavirə keçirəcək Müşavirənin qapalı, yaxud açıq keçəcəyi hələ müzakirə edilir
Region
17 Yanvar , 2015 17:22
​Gümrüdəki hadisə ilə bağlı Ermənistan parlamenti müşavirə keçirəcək

Bakı. 17 yanvar. REPORT.AZ/ Yanvarın 20-də Ermənistan parlamentinin üç komissiyasında Gümrüdə baş vermiş qətllə bağlı müşavirə keçiriləcək.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda parlamentin Dövlət-hüquq məsələləri üzrə komissiyasının sədri Ovanes Saakyan bildirib.

Onun sözlərinə görə, müşavirəyə parlamentin xarici siyasət, daxili işlər və təhlükəsizlik məsələləri üzrə komissiyaları da dəvət edilib. Komissya sədri müşavirənin qapalı, yaxud açıq keçəcəyinin hələ müzakirə edildiyini vurğulayıb.

Xatırladaq ki, yanvarın 12-də Rusiyanın Ermənistandakı 102 saylı hərbi bazasının müddətli əsgəri Valeri Permyakov Gümrüdə bir erməni ailəsinin 6 üzvünü qətlə yetirməkdə şübhəli bilinərək, həbs olunub.  

Son xəbərlər

Orphus sistemi