​Gümrüdə yeddi nəfəri qətlə yetirən hərbçi ruhi xəstə olub

​Gümrüdə yeddi nəfəri qətlə yetirən hərbçi ruhi xəstə olub Hərbi komissar faktı bilsə də, gizlədib
Region
6 Fevral , 2015 03:50
​Gümrüdə yeddi nəfəri qətlə yetirən hərbçi ruhi xəstə olub

Bakı. 6 fevral. REPORT.AZ/ Gümrüdə yeddi nəfəri qətlə yetirən rusiyalı hərbçi Valeri Permyakovda hələ orduya çağırışdan öncə ruhi pozğunluq aşkar edilib. O, psixiatrın yanında qeydiyyatda olub və stasionarda müalicə alıb.

"Report" NTV telekanalına istinadən xəbər verir ki, Permyakovun çağırışı haqqında qərar qəbul edən hərbi komissar Aleksandr Loqinovski onun sağlamlıq vəziyyətindən xəbərdar olub, lakin bunu gizlədib.

Hərbi komissar isə öz növbəsində əsgərin sağlam və hərbi xidmətə yararlı olduğunu iddia edir.

Qeyd edək ki, 2 yanvar 2015-ci il tarixində Ermənistanın Gümrü şəhərində Avetisyan ailəsinin yeddi üzvü rus hərbçisi Valeri Permyakov tərəfindən amansızcasına qətlə yetirilib.

Son xəbərlər

Orphus sistemi