Yuxarı

Mehridə yaşayış binasında yanğın olub - FOTO

Sakinlər təxliyə edilib

Bakı. 13 iyun. REPORT.AZ/ Ermənistanın Mehri şəhərində yaşayış binasında yanğın baş verib.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda Ermənistan Fövqəladə Hallar Nazirliyinin yerli idarəsinin mətbuat xidməti bildirib.

Xəbərə görə, yanğın binanın üçüncü mərtəbəsindəki mənzilin bayır tərəfindən başlayıb. Alov bütün binanı əhatə etdiyindən sakinlər təxliyə edilib.

Xəsarət alanların olub-olmaması barədə məlumat verilməyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi