Bakı.14 yanvar. REPORT.AZ/ Gümrüdə Valeri Permyakovun Ermənistana təhvil verilməsi tələbi ilə avtomobil yürüşü başlayıb.
"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, aksiyada yüzlərlə Ermənistan vətəndaşı iştirak edir.
Məlumata əsasən, Gümrüdə keçirilən yürüşə İrəvandan gedərək qatılanlar da var.
Avtomobillər Rusiyanın Gümrüdəki 8-ci hərbi şəhərciyindən Rusiyanın həmin ərazidəki konsulluğuna doğru hərəkət edir.
Aksiya iştirakçıları V.Permyakovun Ermənistana təhvil verilməsi tələbi ilə şüarlar söyləyib və bu haqda yazılmış şüarları avtomobillərə yapışdırıblar.
Məlumata görə, aksiyaçılar Rusiyanın dövlət bayrağını ayaqlayıblar.
Yanvarın 12-də Rusiyanın Gümrüdəki hərbi bazasının müddətli əsgərinin qətlə yetirdiyi bir erməni ailəsinin 6 üzvü yanvarın 15-də dəfn ediləcək.