Yuxarı

​Gümrüdə polis ilə mitinqçilər arasında toqquşma zamanı 12 nəfər xəsarət alıb

Polis kütləni dağıtmaq üçün tüstü şaşkaları tətbiq edir, partlayış səsləri eşidilir

Bakı. 16 yanvar. REPORT.AZ/ Ermənistanın Gümrü şəhərində polis ilə mitinqçilər arasında toqquşma zamanı 12 nəfər xəsarət alıb.

"Report" Ermənistan mətbuatına istinadən xəbər verir ki, toqquşmalar zamanı beş polis əməkdaşı və 7 mitinqçi zərər çəkib.

Məlumata görə, polis kütləni dağıtmaq üçün tüstü şaşkaları tətbiq edir, partlayış səsləri eşidilir.

Mitinqçilər butulka və daş atmaqla polis kardonunu yarmağa çalışırlar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi