Yuxarı

Gülhanə Hərbi Tibb Akademiyasında çalışan 50 nəfər saxlanılıb - YENİLƏNİB

Ankara Prokurorluğu hərbi tibb müəssisəsində çalışan 98 nəfərin həbsinə order verib

İlk xəbər 14:23-də dərc olunub

Bakı. 2 avqust. REPORT.AZ/ Türkiyənin paytaxtı Ankarada yerləşən Gülhanə Hərbi Tibb Akademiyasında Fətullahçı terror təşkilatının (FETÖ) dövlət çevrilişi cəhdi ilə bağlı aparılan istintaq tədbirləri çərçivəsində əməliyyat keçirilir.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, Ankara Prokurorluğu hərbi tibb müəssisəsində çalışan 98 nəfərin həbsinə order verib. 

Məlumata görə, aralarında təbib zabitlərin də olduğu 50 nəfər saxlanılıb. 

Xəbərdə həmçinin vurğulanıb ki, həbslərinə order verilən və hələlik saxlanılmayanlar arasında təqaüdçülər, Türkiyə Silahlı Qüvvələrindən xaric edilənlər və Ankaradan kənarda olanlar da var. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi