Yuxarı

​Güclü yağış Tbilisinin küçələrində ciddi problem yaradıb

Ağaclar küçələri işıqlandıran elektrik dirəklərinin üzərinə aşıb

Bakı. 4 iyun. REPORT.AZ/ Ötən gecəki güclü yağış və külək Tbilisidə ciddi problem yaradıb.

"Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkənin Fövqəladə Hallar Xidməti məlumat yayıb.

Şəhərin küçələrini su basıb, ağaclar aşıb. Məlumatda bildirilib ki, Aqmaşenebelli və Didi Diqomi xiyabanlarında vəziyyət daha ağırdır.

Su basan küçələrdə avtomobillərin hərəkəti çətinləşib.

Güclü külək nəticəsində ağaclar küçələri işıqlandıran elektrik dirəklərinin üzərinə aşıb. Nəticədə bir neçə küçənin işıqlandırılmasında problem yaranıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi