Yuxarı

Güclü qar Yerevanda yolların bağlanmasına səbəb olub

Yerevan-Gorus və başqa istiqamətlərdə dəmiryolu xətti ya bağlanıb, ya da qatarların hərəkətində çətinlik yaranıb

Bakı. 26 yanvar. REPORT.AZ/ Yerevanda qar yolların bağlanmasına səbəb olub.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda Fövqəldaə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, güclü qar səbəbindən Yerevan-Gümrü magistral avtomobil yolu ilə hərəkət etmək mümkün deyil.

Xəbərdə bildirilib ki, Yerevan-Gorus və başqa istiqamətlərdə dəmiryolu xətti ya bağlanıb, ya da qatarların hərəkətində çətinlik yaranıb.

Bundan başqa, ermənilərin istifadə etdikləri Stepatsminda (Gürcüstan) - Lars (Rusiya) istiqamətində bütün yollar bağlanıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi