Güclü külək Tbilisidə fəsadlar törədib, 15 binanın dam örtüyü uçub

Güclü külək Tbilisidə fəsadlar törədib, 15 binanın dam örtüyü uçub Gürcüstanın paytaxtı Tbilisidə dünəndən etibarən əsən güclü külək ciddi fəsadlara səbəb olub.
Region
18 Mart , 2019 13:24
Güclü külək Tbilisidə fəsadlar törədib, 15 binanın dam örtüyü uçub
0 : 00
0 : 00

Gürcüstanın paytaxtı Tbilisidə dünəndən etibarən əsən güclü külək ciddi fəsadlara səbəb olub.

“Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, şəhərdə 15 binanın dam örtüyü uçub, 10 avtomobil, 14 ağac, 4 reklam lövhəsi və 1 işıqfora ziyan dəyib.

Təbiət hadisəsinin yaratdığı problemlərlə bağlı Fövqəladə Halların İdarə olunması Xidmətinə 68 müraciət daxil olub.

Gürcüstanda qeyri-sabit hava şəraitinin martın 19-u, günün ikinci yarısına qədər davam edəcəyi gözlənilir. 

Son xəbərlər

Orphus sistemi