Güclü külək Batumidə problemlər yaradıb

Güclü külək Batumidə problemlər yaradıb Gürcüstanın Acarıstan Muxtar Respublikasının paytaxtı Batumi şəhərində güclü külək fəsadlar törədib.
Region
25 May , 2019 12:28
Güclü külək Batumidə problemlər yaradıb

Gürcüstanın Acarıstan Muxtar Respublikasının paytaxtı Batumi şəhərində güclü külək fəsadlar törədib.

“Report”un yerli bürosu xəbər verir ki, güclü külək Ximşiaşvili küçəsində tikilməkdə olan binadan dəmir konstruksiyalar və tikinti materiallarının ətrafa dağılmasına səbəb olub.

Nəticədə yaxınlıqda olan 4 avtomobilə ziyan dəyib. Hadisə zamanı xəsarət alan olmayıb.

Qasırğalı külək Batumidə bir neçə ağacın aşmasına da səbəb olub.

Son xəbərlər

Orphus sistemi